RETK

 





 
Azərbaycan Respublİkasının Əqlİ Mülkİyyət Agentlİyİnİn
Respublİka Elmİ Texnİkİ Kİtabxanası
Ünvan: AZ 1078, Bakı Şəhəri, Mərdanov qardaşları küçəsi 124, Telefon: +994 (012) 449 62 56
Elektron poçt: retk95@mail.ru
İş qrafiki: həftənin bütün günləri (bazar günü istisna olmaqla) 09:00-dan 18:00-dək fəaliyyət göstərir.

Respublika Elmi-Texniki Kitabxanası yeni ünvanda
| 21.01.2019-cı il |
Azərbaycan Respublikasında fəaliyyət göstərən ən böyük kitabxana-Respublika Elmi-Texniki Kitabxanası AR Əqli Mülkiyyət Agentliyinin tabeliyində fəaliyyət göstərir. RETK respublikanın ən böyük kitabxanalarından biri olmaqla yanaşı, ənənəvi kitab təbliği və kitabxana-biblioqrafiya xidmətindən əlavə müəllif şəhadətnamələri və patent ədəbiyyatı, normativ-texniki sənədlər, xarici ölkələrin jurnalları və s. özündə əks etdirən, elmi tədqiqat işi və metodik fəaliyyətlə məşğul olan böyük müəssisədir. Kitabxana fəaliyyət göstərdiyi illər ərzində ölkəmizdə elm və mədəniyyətin inkişafına əhəmiyyətli töhfələr vermiş, milyonlarla oxucu, o cümlədən elm və mədəniyyət xadimlərinə, alimlərə, ziyalılara, aspirantlara, tələbələrə, müxtəlif sahələrdə çalışan mütəxəssislərə və təqaüdçülərə səmərəli xidmət etmişdir və etməkdədir.

Kitabxananın ünvanı: Bakı şəhəri, Mərdanov qardaşları 124, keçmiş TQDK -nın arxası.

Ümumdünya əməyin mühafizəsi günü
| 02.04.2016-cı il |
Ümumdünya əməyin mühafizəsi günü münasibətilə keçirilmiş tədbirdə Tədbirdə kitabxana əməkdaşları və tədbirə gələn qonaqlar çıxış etdilər. Əməyin mühafizəsi , təhlükəsizlik qaydaları və iş zamanı təhlükəsizliyin mühafizəsi ilə bağlı məlumatlar tədbir iştirakçılarına çatdırıldı.
"Hərəmizə bir ağac"
| 30 mart 2016-cı il |
Ekologiya günü münasibətilə kitabxana rəhbərliyi əməkdaşlarla bərabər yaşıllaşdırma tədbiri təşkil etdilər. Ekologiya günü münasibətilə "Hərəmizə bir ağac" şuarı ilə tədbirdə Kitabxana əməkdaşları basda direktor olmaqla kitabxana əməkdaşları fəal iştirak etdilər.
20 Yanvar faciəsi
| 19.01.2016-cı il |
20 Yanvar faciəsinin il dönümüylə bağlı tədbir keçirilmişdir.Tədbirdə kitabxana əməkdaşları çıxış etdilər. Tədbiri çıxış sözü ilə Direktor A.Orucova açdı.İlk öncə şəhidlərimiz ruhu 1 dəqiqəlik sükutla yad edildi.A.Orucova düşmənlərimizin bizə qarşı həyata keçirtdiyi işğalçı siyasətdən, bu siyəsətin xalqa gətirdiyi zülmlərdən danışdı.İştirakçılardan o hadisələrin şahidi olanlarda çıxış edərək, şəhidləri yad etdilər.